AZ

Qızılın qlobal bahalaşması Azərbaycan bazarına necə təsir edir?

Son vaxtlar dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qızıl və gümüş kimi qiymətli metalların qiyməti dünya bazarlarında artıb. 

Qeyd edək ki, qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1.39% artaraq 3 390.10 ABŞ dollarına bərabər olub.

Dünya bazarlarındakı artım Azərbaycan bazarına necə təsir göstərir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Operativ Media-ya açıqlama verib.

İqtisadçı bildirir ki, dünya bazarı Azərbaycana da təsir göstərir:

“Dünya bazarında qızılın və gümüşün qiymətinin artması təbii ki, Azərbaycana təsir göstərir. Çünki qızıl dünya bazarında əmtəədir. 
Azərbaycanda zərgərlik bazarına ola bilsin təsiri ləng ola bilər. Çünki qızıldan zərgərlik məhsullarının hazırlanması bir qədər alır. Satıcıya imkan verir ki, vəziyyətə uyğun olaraq qiymətlərdə qərar verir. Amma ümumi şəkildə dünya bazarında qızıl qiymətlərində olan dəyişiklik birbaşa Azərbaycana da təsir göstərir. 
Qızıl məhsullarınada müəyyən vaxt intervalı ilə təsir göstərir.
Son bir ildə qızılın qiyməti 45% artıb. Bu çox əhəmiyyətli bir artımdır. Son beş ildəki artım 96% təşkil edir. 
İlin əvvəlindən 30 faiz qalxıb. Son bir ayda isə 5,4% artıb. Yəni qızılın qiyməti bu sürətlə artıb. Artım xam qızıl qiymətinə birbaşa təsir göstərir. Zərgərlik məhsullarına müəyyən müddətlə təsir edir”.

Seçilən
36
operativmedia.az

1Mənbələr