Milli Məclisin deputatı Ramil Həsən yeni vəzifəyə seçilib.
Ölkə.az xəbər verir ki, bu barədə deputat Ramil Həsən özü məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi etimadı, Milli Məclisin sədri Sahibə Qafarovanın namizədliyini irəli sürməsi ilə TÜRKPA-nın Qazaxstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında üzv ölkələrin parlament sədrlərinin və nümayəndə heyətlərinin yekdil qərarı ilə TÜRKPA-nın yeni Baş Katibi seçilib.
“Mənə yenidən böyük etimad göstərdiyi, güvəndiyi üçün cənab Prezidentə minnətdaram”, - o qeyd edib.
Xatırladaq ki, Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək TÜRKPA-nın Baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlər Təşkilatənın Baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışıb.
Mürtəza
Ölkə.az