AZ

Gürcüstanın sabiq prezidenti cərimələndi

TBİLİSİ, 12 iyun. TELEQRAF

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili 5 min lari (3 117 AZN) məbləğində cərimələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında inzibati xəta haqqında protokolun fotoşəklini paylaşaraq məlumat yayıb.

Cəriməyə səbəb S.Zurabişvilinin bu ilin martın3-də Tbilisidə Rustaveli prospektində keçirilmiş aksiya zamanı yolu bağlamasıdır.

Qeyd edək ki, ötən ilin sonundan Gürcüstanda aksiyalar zamanı yolların bağlanmasına görə cərimə 500 laridən 5 min lariyədək artırılıb.

Seçilən
5
2
teleqraf.com

3Mənbələr