AZ

NATO Rusiyanın hədəfində olan ölkələri göstərdi: Ukraynada dayanmayacaqlar

BAKI, 12 iyun. TELEQRAF

NATO dünyanın daha geniş ərazilərini əhatə etmək üçün peyk vasitəsilə müşahidə imkanlarını genişləndirəcək. Bu, alyansa Ukrayna və Rusiya sərhədlərində hərbi hərəkətləri izləmək imkanı verəcək.

Teleqraf xəbər verir ki, bunu NATO zabiti Pyer Vandi “Bloomberg”ə deyib.

Onun sözlərinə görə, yeni peyk vasitələriNATO-ya ilk dəfə olaraq böyük coğrafiyanı izləməyə və manevrləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını görməyə imkan verəcək.

“Bu gün rusların Ukraynada dayanacağına əmin deyilik”, - deyən Vandi NATO-nun şərq cinahının və ya Şərqi Avropa ölkələrinin qorunmasının vacibliyini vurğulayıb.

Nəşr yazır ki, NATO 2022-ci ildə Rusiyanın Ukraynaya irimiqyaslı müdaxiləsindən sonra kosmosa nəzarət sistemini inkişaf etdirməyə başlayıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr