Almaniyanın nəhəng Desma Schuhmaschine şirkətinin baş direktoru Klaus Fresdir Ağdam sənaye parkıda olub.
Bizim.Media xəbər verir ki, o, BAFCO ayaqqabı fabrikində ilk xarici ixracat prosesində iştirak edib. Qonaq jurnalistlərə açıqlamasında bu ərazidə olmağından məmnunluq duyduğunu dilə gətirib:
"Burada, Azərbaycandakı BAFCO-da olmaqdan çox məmnunam. Gəlin gördüyüm möhtəşəm maşınlar haqqında danışaq. Biz sadəcə bir maşın satmırıq, biz tam bir sistem təqdim edirik.
Dizayndan uğurlu istehsala qədər hər bir şeyi dəstəkləyirik. Burada bu gözəl qurğuları və istehsalda olan müasir avadanlıqları görmək möhtəşəmdir", - deyə, əlavə edib.
Qeyd edək ki, BAFCO ayaqqabı fabrikin istifadə edilən istehsal avadanlıqları sözügedən alman şirkətinə məxsusdur.
Bizim.Media