“Elta Development” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin vegri borcu hazırda 8 584 772,81 manat təşkil edir. “Elta Development” QSC 2020-ci ildə “ND Company” QSC adı ilə qeydiyyatdan keçib. 2024-cü ildə şirkətin adı dəyişdirilib.
“Elta Development” QSC-nin nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur. “Elta Development” QSC “ND Company” adı altında ötən il 25 milyonluq iki tenderin qalibi seçilib. Bu tenderləri Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti keçirib. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Hüseyn