ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Hollivud aktrisası Dakota Conson "Coldplay" qrupunun solisti Kris Martin toyun vaxtını uzatdığı üçün ondan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" məlumat verib.
Cütlüyün yaxın ətrafından olan bir insayder, Dakota Consonun keçmiş sevgilisinin toyun tarixini uzatmasından bezdiyini bildirib. Məlumata görə, ayrılığın digər səbəbi müğənninin uşaq sahibi olmaq istəməməsi olub, çünki onun artıq keçmiş həyat yoldaşı Qvinet Peltroudan bir qızı və bir oğlu var.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, iyunun 4-də "People" jurnalı Dakota Conson və Kris Martinin toylarının olacağı barədə şayiələr yayıldıqdan sonra ayrıldığını bildirib. Mənbənin sözlərinə görə, cütlük sonuncu dəfə təxminən iki həftə əvvəl Malibuda gəzərkən görüntülənib. Bundan sonra paparatsilər onları görməyiblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.