AZ

® “Huawei Watch 5” - smart saatdan birbaşa zənglər

Bu smart saat eSIM dəstəyi ilə artıq smartfona ehtiyac olmadan zənglər etmək və qəbul etmək imkanını təqdim edir. Bu funksiya sayəsində istifadəçilər qaçışda, idmanda və ya sadəcə telefonsuz çıxarkən belə əlaqədə qala bilərlər.

“HUAWEI WATCH 5” texnologiya həvəskarlarını yalnız funksionallığı ilə deyil, eyni zamanda uzunmüddətli enerji performansı ilə də heyran edir. Bu modeldə iki batareya rejimi təklif olunur: standart və enerjiyə qənaətli. İstifadəçi günün tələblərinə uyğun rejimi seçərək saatın istifadəsini maksimum dərəcədə optimallaşdıra bilər.

Standart rejim bütün funksiyaların aktiv olduğu vəziyyətdir. Burada istifadəçi, smart jestlər, real vaxtda sağlamlıq monitorinqi və digər xüsusiyyətlərdən tam yararlana bilər. Bu rejimdə 46 mm versiya 4.5 gün, 42 mm versiya isə 3 gün enerji saxlayır. Enerjiyə qənaətli rejim isə batareyanın ömrünü maksimum uzatmaq üçün nəzərdə tutulub. Bu rejimdə əsas funksiyalar aktiv saxlanılır, lakin fon tətbiqləri və animasiyalar minimuma endirilir. Nəticə olaraq, 46 mm modeldə 11 günə qədər, 42 mm modeldə isə 7 günə qədər istifadə mümkündür.

Bu rejimlər arasında keçid sadə bir toxunuşla baş tutur. Beləliklə, istifadəçi səyahətdə, işdə və ya istirahətdə olmasından asılı olmayaraq, saatın enerji istifadəsini şəraitə uyğun tənzimləyə bilər.

Sürətli enerji yığımı – 15 dəqiqəyə gündəlik hazırlıq

HUAWEI WATCH 5-in enerji yığma texnologiyası da təqdirəlayiqdir. Yeni nəsil “HUAWEI WATCH Wireless SuperCharger” ilə istifadəçi cəmi 15 dəqiqə ərzində saatını bir günlük istifadəyə tam hazırlaya bilər. Bu xüsusiyyət xüsusilə aktiv həyat tərzinə malik olan şəxslər üçün böyük üstünlükdür.

Artıq uzun müddət enerji yığmağı gözləməyə ehtiyac yoxdur. Səhər işə tələsərkən, idmana hazırlaşarkən və ya səyahətə çıxmazdan əvvəl sadəcə 15 dəqiqəlik enerji yığımı kifayətdir ki, saat gün boyu sizi müşayiət etsin.

Geniş idman rejimləri və sağlamlıq funksiyaları

“HUAWEI WATCH 5” ağıllı saatında 100-dən çox idman rejimi mövcuddur: qaçış, velosiped sürmə, üzgüçülük, yoqa və s. İdman zamanı nəbz, kalori sərfiyyatı, məsafə və sürət kimi göstəricilər real vaxtda ölçülür.

“HUAWEI WATCH 5”, həmçinin məşq sonrası bərpa müddətini və fiziki yorğunluq səviyyəsini təhlil edərək, fərdi təkliflər verir.

“HUAWEI WATCH 5” sağlamlıq funksiyaları ilə də çox zəngindir. Nəbz monitorinqi, oksigen səviyyəsinin ölçülməsi (SpO2), yuxu təhlili, stress ölçümü, və hətta EKQ (elektro-kardioqramma) funksiyası kimi xüsusiyyətlər, istifadəçilərin sağlamlıq vəziyyətini daim nəzarətdə saxlayır. Xüsusilə avtomatik xəbərdarlıq sistemləri ilə kritik vəziyyətlərdə vaxtında tədbir görmək mümkündür.

Sağlamlıq monitorinqi üçün “X-TAP” texnologiyası

“HUAWEI WATCH 5”, sağlamlıq izləmə sahəsində inqilabi bir addım ataraq, "X-TAP" adlı yeni bir sensor texnologiyasını təqdim edir. Bu, saatın yan tərəfində yerləşən 12 mm uzunluğunda bir şüşə sensor vasitəsilə həyata keçirilir. “X-TAP” funksiyası ilə istifadəçilər, barmaqlarını sensor üzərinə qoyaraq yalnız 10 saniyə ərzində qan oksigeni (SpO₂) səviyyəsini ölçə bilərlər. Bundan əlavə, "Health Glance" adlı xüsusiyyət sayəsində, yalnız bir toxunuşla 60 saniyə ərzində ürək döyüntüsü, stress, yuxu keyfiyyəti və digər 11 əsas sağlamlıq göstəricisinin ümumi bir hesabatını əldə etmək mümkündür.

 

Seçilən
38
azertag.az

1Mənbələr