Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Şəki rayonu Babaratma kənd tibbi məntəqəsinin müdiri işləmiş D.Kərimova dələduzluq əməli törədib.
Qaynarinfo xəbər verir ki, o, vətəndaşlardan birini Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Dövlət Universitetinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə həmin şəxsdən 3500 manat pul alıb.
Sonradan onun yalan danışdığı üzə çıxıb. Qarşı tərəf polisə müraciət edib. D.Kərimova saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Bərdə Rayon Məhkəməsində aparılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Məhkəmə prosesi zamanı məlum olub ki, D.Kərimova zərərçəkənlə ortaq tanışları vasitəsi ilə tanış olub. Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədən kəsilən zərərçəkmiş Qarabağ Dövlət Universitetində işə düzəlmək istəyib.
Tanışı bu işdə ona yardım edə biləcəyini deyib. Məlum olub ki, bu məsələni D.Kərimova həll edəcək.
Məhkəmə prosesi zamanı D.Kərimova verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin aydın olub ki, dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə D.Kərimova 1500 manat cərimələnib.
Seyid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.