Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
“Hörmətli canab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı -Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimitəbriklərimi çatdırım.
Ölkələrimiz arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu,bizim daim genişlənən iqtisadi, siyasi əlaqələrimizdə özünügöstərir.
Mən Azərbaycanın Macarıstanın inkişaf etmiş strateji tərəfdaşıolmasından və enerji resurslarının Avropaya tədarükünü artıraraqölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməsindənməmnunam.
Cənab Prezident, Siz son görüşümüzdə bildirdiniz ki, Azərbaycangələcəkdə bizi lazımi miqdarda təbii qazla təchiz edəcək və bunagörə Sizə minnətdaram.
Sizi əmin etmək istərdim ki, hökumətim qarşılıqlıtərəfdaşlığımızı gücləndirməyə və yüksəksəviyyəli dialoqu davametdirməyə sadiqdir.
Biz qəti şəkildə inanırıq ki, birgə səylərimiz ölkələrimizininkişafına təkan verəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlararzulayıram”.