İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bir sıra hərbi təlimlərə başlamağı əmr edib.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, təlimlərin məqsədi İran silahlı qüvvələrinin müdafiə qabiliyyətini, əməliyyat hazırlığını və çəkindirmə potensialını artırmaqdır.
Builki müntəzəm manevrlər cədvəlinə düzəlişlər edilib və təlimlər İrana artan regional təhdidlərə və düşmənlərə cavab verməyə kömək etmək məqsədi daşıyır.
Telegram kanalımız