AZ

ABŞ Ukraynada müharibənin sonunu necə gördüyünü açıqladı

BAKI, 12 iyun. TELEQRAF

“ABŞ üçün Rusiya-Ukrayna müharibəsində qələbə onun sonu olacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Onun sözlərinə görə, ABŞ dayanıqlı sülh sazişinin əldə olunacağına ümid edir.

Kelloqq həmçinin bəyan edib ki, hərtərəfli atəşkəs müharibənin sonu hesab olunacaq.

“Atəşkəs fiziki olaraq yerləşdiyiniz yerdə dayananda olacaq”, - ABŞ rəsmisi bildirib.

ABŞ həmçinin Rusiya və Ukraynanın bütün uşaqları və əsirləri geri qaytarmasını istəyir. Kelloqun sözlərinə görə, bu, uzunmüddətli davamlı atəşkəs yaradacaq.

ABŞ prezidentinin xüsusi nümayəndəsi xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi zamanı hər iki tərəfdən ümumilikdə 1,2 milyondan çox insan həlak olub və yaralanıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr