AZ

Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak oldu - YENİLƏNİB

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 242 nəfərin hamısı həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb.
 
Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri də var.
 
Məlumata əsasən, təyyarədə 169 Hindistan vətəndaşı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və 1 kanadalı sərnişin olub.
 
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə yerində təcili yardım və xilasedici qruplar fəaliyyət göstərir.
 
15:32
 
Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin yataqxana binasına çırpılması nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.
 
Oxu.az bu barədə news18.com saytına istinadən xəbər verib.
 
Rusiya mətbuatı Hindistanda təyyarə qəzası nəticəsində tibb kollecində təhsil alan 20-yə yaxın tələbənin həyatını itirdiyi ehtimalını irəli sürüb.
 
"News18" agentliyi isə hadisə nəticəsində 30 tələbənin xəsarət aldığını yazıb.
 
14:31
 
Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin yataqxana binasına çırpılması nəticəsində ölənlərin sayı 133-ə çatıb.
 
Oxu.az news18.com-a bu barədə istinadən xəbər verir.
 
Seçilən
47
1
moderator.az

2Mənbələr