AZ

SON DƏQİQƏ! Bu şəhərdə etirazlar başladı - Küçələr yanır - ŞOK FOTOLAR

Şimali İrlandiyanın Ballimena şəhərində üç gündür davam edən immiqrasiya əleyhinə etirazlar kulminasiya nöqtəsinə çatıb. Sosial şəbəkələr vasitəsilə təşkilatlanan etirazçılar miqrantların qaldığını düşündükləri mərkəzi yandırıblar.

Musavat.com xəbər verir ki, etirazçılar kərpic, şüşə, molotov kokteyli və atəşfəşanlıqdan istifadə edərək bir neçə avtomobili və evi yandırıblar. Zibil qabları və yeşiklərin yandırılması yaşayış yerlərində yanğın təhlükəsi yaradıb.

Rumıniyalı mühacirlərə qarşı başlayan hadisələrdən sonra immiqrantlar həyatlarını qorumaq üçün başqa mərkəzə köçürülüb. Qorxu içində iğtişaşların səngiməsini gözləyən insanlar iş yerlərinin qapısına milli mənsubiyyətini bildirən elanlar asmağa məcbur olublar.

Yüzlərlə insan toplaşan immiqrant əleyhdarı kütləni dağıtmaq üçün polis su şırnaqlarından və plastik güllələrdən istifadə edib. Xaosa səbəb olan hadisələrdə 17-si polis olmaqla 32 nəfər yaralanıb.

Şimali İrlandiya Polisi (PSNI) Ballimena küçələrində baş verən hadisələrdən sonra sakitliyə çağırıb.

Qeyd edək ki, hadisələr iki kişinin gənc qıza cinsi zorakılıq etmək cəhdi ittihamı ilə həbs olunmasından sonra baş verib.

 

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr