Xəbər verdiyimiz kimi, qəzaya uğrayan Hindistan təyyarəsində 242 nəfər, 230 sərnişin və 12 ekipaj üzvü olduğunu iddia edib. Qəzaya uğrayan təyyarədə 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşının olduğu açıqlanıb.
News24.az-ın məlumatına görə, Hindistan polisi təyyarənin birbaşa Meqani Naqardakı BJ Tibb Kollecində intern həkimlərin və tələbələrin qaldığı yataqxananın yeməkxanasına düşdüyünü açıqlayıb. Qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, qəza zamanı yeməkxanada 50-60 intern həkimin olduğu bildirilib.
Digər tərəfdən, qəzaya uğrayan Air India təyyarəsində Qucaratın keçmiş baş naziri Vijay Rupaninin olduğu iddia edilib. Qeyd edək ki, Rupani 2016-cı ilin avqustundan 2021-ci ilin sentyabrına qədər Qucaratın baş naziri vəzifəsində çalışıb.
Günel Məlikzadə

