2025-ci ildə Rusiyada yaşlı vətəndaşlara dövlət dəstəyi üçün yeni imkanlar yaradılıb.
News24.az xəbər verir ki, bu çərçivədə pensiya yaşında olan şəxslər üçün mənzil-kommunal xidmətlər üzrə bir sıra güzəşt və müavinətlər tətbiq edilir. Hökumətin əsas məqsədi pensiyaçılar üçün yaşayış xərclərini azaltmaq və onların sosial rifahını artırmaqdır.
Dövlət tərəfindən təqdim edilən bu dəstək həm federal, həm də regional səviyyədə həyata keçirilir. Müavinət və subsidiyaların şərtləri konkret yaşayış yerinə görə fərqlənə bilər. Lakin ümumi yanaşma eynidir – azgəlirli yaşlı vətəndaşlara real və davamlı yardım göstərmək.
Əgər ailənin mənzil-kommunal xidmətlərə çəkdiyi xərclər aylıq gəlirin müəyyən faizini aşırsa, pensiyaçılar dövlət dəstəyinə arxalana bilərlər. Federal səviyyədə bu hədd 22% müəyyən olunub, lakin bəzi regionlarda bu göstərici daha aşağıdır:
Aqil