Danimarka parlamenti ABŞ-a ölkədə hərbi bazalar yerləşdirməyə icazə verən və Amerika tərəfinə üç Danimarka hərbi bazasına çıxışı təmin edən sazişi təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "Local Denmark" qəzeti məlumat yayıb.
"ABŞ-a Danimarkada hərbi bazalar yaratmağa icazə verən mübahisəli müdafiə sazişi aylarla davam edən müzakirələrdən sonra parlament tərəfindən rəsmi olaraq təsdiqlənib", - məlumatda deyilir.
Qeyd edilib ki, saziş ABŞ-a Danimarka ərazisində qoşun və hərbi bazalar yerləşdirməyə, habelə hərbi texnika saxlamağa imkan verir. Sənədə əsasən, ABŞ tərəfi Danimarkanın üç hərbi bazasına - Karup, Olborq və Skridstrupa çıxış əldə edir.
Qəzet yazıb ki, saziş Danimarka suverenliyinin elementlərinin ABŞ-a ötürülməsinə görə tənqid edilib və müxalif partiya parlamentdə yekun oxunuşdan və səsvermədən əvvəl ona qarşı çıxıb.
Nəşr ABŞ-la Müdafiə Əməkdaşlığı Sazişinin (DCA) 2023-cü ilin dekabrında ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə bağlandığını və daha sonra “Ukrayna münaqişəsi kontekstində” bunun mübahisələrə səbəb olmadığını açıqlayıb.