AZ

Cəlal Hüseynov Bolqarıstan klubuna qayıdır

style='margin-bottom:10px;'>

Mövsümün ikinci hissəsini “Şamaxı”da keçirən Cəlal Hüseynov tezliklə Bolqarıstanın “Arda” klubunun düşərgəsinə yollanacaq.

QOL.az saytına bu barədə futbolçu özü məlumat verib.

22 yaşlı mərkəz müdafiəçisi qeyd edib ki, “Şamaxı” ilə müqaviləsi artıq başa çatıb: “Şamaxı”da icarə əsasında çıxış edirdim. 6 aylıq müqavilə idi. Artıq sözləşməmim vaxtı başa çatıb. Buna görə də tezliklə müqavilə ilə məxsus olduğum “Arda”nın düşərgəsinə yollanacağam”.

O, “Yenidən Bolqarıstan klubunun heyətində möhkəmlənə biləcəksinizmi?” sualını belə cavablandırıb: “Zaman göstərəcək. Tək istəyim “Arda”da yenidən möhkəmlənmək və gələcəkdə daha da yaxşı yerlərə getməkdir. Necə olacağını zaman göstərəcək. Əsas odur ki, mən öz işimi maksimum dərəcədə görüm, özümü daha da inkişaf etdirim”.

22 yaşlı futbolçu avrokuboklarda çıxış etmək perspektivinə də toxunub: “Arda” mövsümü 4-cü yerdə başa vurdu və UEFA Konfrans Liqasına vəsiqə qazandı. Mən də əlimdən gələni edəcəyəm ki, avrokubok matçlarında forma geyim”.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr