Bakı. Trend:
İsti yay günləri yaxınlaşdıqca istirahət planları da gündəməgəlir. Dəniz qırağı, xarici ölkələr və ya şəhər həyatından uzaq,təbiətlə baş-başa keçən bir gün, seçim çoxdur. Amma bu dəfədiqqətimizi Azərbaycanın gözəl regionlarına yönəldək.
Bəs, bölgələrdə bir günlük istirahət qiymətlərineçiyədir?
Trend-inəməkdaşının araşdırmasına görə, regionlarda bir günlük istirahətqiymətləri seçdiyiniz məkanın növü, mövsüm və yerləşdiyi bölgəyəgörə dəyişir.
Əgər istirahəti maksimum komfortla, beşulduzlu otellərdə, SPAmərkəzlərində və zəngin səhər yeməyi ilə təsəvvür edirsinizsə,qiymətlər də uyğun olaraq yüksəlir. Məsələn, Quba Palace, ŞamaxıPalace, Qəbələ Chenot Palace kimi yerlərdə iki nəfər üçün birgecəlik qalmaq 250–350 AZN arası dəyişir. Bu qiymətə adətən səhəryeməyi və bəzi əlavə xidmətlər daxil olur. Qəbələ Garden, ŞəkiSaray, Lerikdəki kiçik otellər və istirahət mərkəzlərində isəqiymətlər 80–150 AZN arasında dəyişir. Bu tip məkanlarda əsasənailələr istirahət etməyi üstün tutur. Həm qiymət sərfəlidir, həm dəşərait qənaətbəxşdir.
Belə ki, kənd evlərində qiymətlər bir nəfər üçün birgünlük qalmaq 20–30 AZN-ə başa gəlir.
Sərfəli və səmimi istirahət istəyənlər üçün kənd evləri idealseçimdir. İsmayıllı, Lahıc, Lerik və Qax kimi bölgələrdə kəndsakinlərinin kirayə verdiyi evlərdə qalmaq bir nəfər üçün gündəcəmi 20–30 AZN-ə başa gəlir. Əgər ailə ilə getmək istəyirsinizsə,bir günlük 60-80 AZN ödəməklə 2-3 otaqlı ev tapmaq mümkündür. Buistirahət növü sizi lüksdən uzaq saxlasa da, yerli mətbəx, təmiztəbiət və səmimi qarşılanma ilə yadda qalacaq.
Göründüyü kimi, qış aylarında 160–170 AZN-ə təklif olunanbeşulduzlu otel otaqları yayda 250–300 AZN-ə qədər yüksəlir.