Kanal D-nin məşhur serialı "Eşref Rüya" dünən axşam yayımlanan yeni bölümü ilə izləyicilərini növbəti dəfə ekran önünə kilidləyib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, baş rollarında Çağatay Ulusoy və Demet Özdemirin rol aldığı "Eşref Rüya"nın yeni bölümündə Eşref və Nisanın romantik zeybək rəqsi səhnəsi tamaşaçılara duyğulu anlar yaşadıb.
Romantik zeybək rəqsi səhnəsindən dərhal sonra yayımlanan pərdəarxası görüntülər sosial media istifadəçiləri arasında sürətlə yayılıb.
Ulusoyla Özdemirin səhnədən əvvəl birlikdə məşq etdiyi anlara izləyiciər tərəfindən bəyənmə yağdırılıb.