“Mançester Siti” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu Norveç təmsilçisi “Rusenborq”da çıxış edən Sverr Nipanla maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.
“Mançester Siti” 18 yaşlı futbolçu üçün 13 milyon avro təklif edib.
Nipan bu mövsüm “Rusenborq”la 10 oyunda 1 qol vurub.