FIFA qadın futbolçulardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb, Azərbaycan millisi yeni siyahıda irəliləyib.
Arena.az xəbər verir ki, iyun ayının reytinqinə əsasən, yığmamız 1 pillə irəliləyib.
Azərbaycan millisi hazırda 1303,32 xalla 74-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, FIFA-nın növbəti reytinq cədvəli avqustun 7-də açıqlanacaq.