ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Suriyanın yeni prezidentinin ekstremistlər tərəfindən öldürülməsi riskindən narahatdır.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “Vesti” nəşri xəbər yayıb.
ABŞ bu məsələdə İsraillə dialoqun qurulmasının vacibliyini vurğulayıb.
"Biz Suriya Prezidenti Əhməd əl-Şaranın təhlükəsizliyini təmin etmək üçün səyləri əlaqələndirməliyik. Qərblə əlaqələr qurmaq səyləri onu ekstremistlərin hücumları üçün hədəfə çevirə bilər və ABŞ bundan narahatdır", - Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Burk deyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
O, həmçinin İsrailin Suriyanın yeni hakimiyyət orqanları ilə münaqişəsini xüsusi qeyd edib: "Ümid edirik ki, Əl-Şara və İsrail indi hərbi qarşıdurmanın hər iki tərəf üçün fəlakətli olacağını başa düşəcəklər. Əminəm ki, bizim maraqlarımız və əl-Şaranın maraqları üst-üstə düşür. O, öz hərəkətlərində ağıllıdır və əmindir".
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.