AZ

Almaniyalı iş adamı: Ağdamda müasir avadanlıqların quraşdırıldığı müəssisələri görmək möhtəşəmdir

Ağdamda müasir avadanlıqların quraşdırıldığı istehsal müəssisələrini görmək möhtəşəmdir.

Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Almaniyanın məşhur “Desma Schuhmaschine” şirkətinin rəhbəri Klaus Fris deyib.

İş adamı Azərbaycanda, xüsusilə, sənaye parkının yaradıldığı Ağdamda olmaqdan məmnunluğunu vurğulayıb:

“Buradakı Sənaye Parkında əla şərait yaradılıb. Artıq məhsulları xaricə ixrac olunan “Bafco İnvest” ayaqqabı fabrikində istehsal bizim şirkətin müasir avadanlıqları ilə istehsal olunur.

Qeyd edim ki, biz sadəcə bir maşın satmırıq, həm də bütöv bir istehsal sistemi təqdim edirik. Məhsulların dizaynından tutmuş uğurlu istehsala qədər bütün fəaliyyətləri dəstəkləyirik. Buradakı mükəmməl qurğuları və istehsalı təmin edən müasir avadanlıqları görmək möhtəşəmdir”.

Seçilən
13
report.az

1Mənbələr