BAKI, 12 iyun. TELEQRAF
Avro ABŞ dollarına nisbətdə son dörd ilə yaxın dövrdə ən yüksək səviyyəsinə çatıb.
Teleqraf xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında ticarət razılaşmasının təsirləri ilə bağlı ehtiyatlı mövqe saxlayan investorların təhlükəsiz aktivlərə üz tutması olub.
Beləliklə, Avro 2021-ci ilin sonlarından bəri ən yüksək göstərici olan 1.1610 dollara çatıb və son olaraq 0.99% artaraq 1.1600 dollar səviyyəsində qərarlaşıb.