AZ

Qızıl bu tarixdə ucuzlaşacaq

ain.az, Yenisabah saytına istinadən bildirir.

“Qızıl qiymətlərində ucuzlaşma bu ilin payız mövsümündən sonra ola bilər. FED-in faiz siyasəti, dolların güclənməsi və ya tam əksinə zəifləməsi hər an hər şeyi dəyişə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib. O, bildirib ki, ölkəmizdə qızıl ticarətində digər ölkələrdən fərqli olaraq, sürətli bahalaşma halları baş verməyib:

“Ölkəmizdə qızıl ticarətində digər ölkələrdən fərqli olaraq sürətli bahalaşma halları baş verməyib. Bu proses bizdə həm inflyasiya, həm də tələb və təklifə bağlı olaraq dəyişib. Məhz ara sıra  kiçik həcmdəki qiymət artımları da bundan qaynaqlanır. Qızılın qiymətinin artması, ucuzlaşması, stabil qalması bir çox daxili və xarici amillərlə əlaqədardır. İlk növbədə FED'in faiz siyasəti, inflyasiyanın surəti, geosiyasi proseslər, ölkələrin tələbatı və digər amillərdən asılı olaraq qiymətlər dəyişə bilir. Qızıl qiymətlərində ucuzlaşma bu ilin payız mövsümündən sonra ola bilər. Yuxarda qeyd etdiyim kimi FED'in faiz siyasəti, dolların güclənməsi və ya tam əksinə zəifləməsi hər an hərşeyi dəyişə bilər. Daxili bazara gəldikdə isə cüzi ucuzlaşma ehtimalı Azərbaycan bazarında ucuzlaşma olmasa da qiymətin stabil saxlanmasına səbəb ola bilər. Ümumi qiymət müqayisəsində qiymətlər əvvəlki səviyyəyə geriləməsə də ya o anki vəziyyət üçün stabil qala bilər və ya 5% lik artım varsa 2 % enmə ola bilər”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ekspert vurğulayıb ki, Azərbaycanın daxili bazarında qızıl dollarla indekslənir:

“Azərbaycanda daxili bazarda qızıl dollarla indekslənir. Devalvasiya olacağı təqdirdə qızıl qiymətləri də yüksələcək. Lakin 2025-ci il proqnozunda belə bir ehtimal gözlənilmir. Bundan əlavə vergi orqanları tərəfindən artıq mütəmadi yoxlamalar aparılır. Yəni əvvəlcə satıcı malı satıb vergisini ödəmirdi, alıcıya qəbz təqdim olunmurdu. Sahibkar alıcıya qəbz təqdim olunan zaman ƏDV-ni üzərinə əlavə edib satacaq. Məhz bu da daxili bazarda cüzi qiymət artımına səbəbdir. Əlavə olaraq qeyd edim ki, yay mövsümündə toyların sayının çox olması da tələbi artır. Bu da öz növbəsində qiymətlərə təsir göstərir”.

Nazim Hacıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yenisabah.az

2Mənbələr