Hindistanın Əhmədabad şəhərində 200-dən çox insanı daşıyan "Air India" təyyarəsinin qəzaya uğramasından sonra ABŞ-nin təyyarə istehsalçısı "Boeing" şirkətinin səhmləri ucuzlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nyu-York Fond Birjasında satılan şirkətin səhmləri təxminən 8 faiz ucuzlaşıb.