ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Son vaxtlar sosial şəbəkələrdə və Telegram qruplarında yayılan elanlar təhlükəli bir tendensiyanı ortaya çıxarır. Xarici ölkə vətəndaşları, o cümlədən azərbaycanlılar Rusiyada döyüşməyə dəvət olunurlar. Təklif olunan “mükafat” isə təxminən 50 000 ABŞ dolları civarındadır.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, ölkədən kənarda qanunsuz silahlı birləşmələrdə iştirak edən vətəndaşlar cinayət məsuliyyətinə cəlb olunurlar.
Suriyada İŞİD və digər silahlı qrupların tərkibində döyüşən azərbaycanlıların bir çoxu sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, uzunmüddətli həbs cəzalarına məhkum olunub.
Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında mövzuya münasibət bildirib:

“Hesab edirəm ki, qalib Azərbaycan dövlətinin vətəndaşı heç bir maddi vəsait qarşılığında digər ölkələrdə gedən müharibələrdə iştirak etməməlidir. Əgər belə bir zərurət yaranarsa, Azərbaycan Silahlı Qüvvələrinin tərkibindən sülhməramlı və ya digər humanitar məqsədli fəaliyyətlərin həyata keçirilməsi üçün kontingent ayıra bilər. Odur ki, digər ölkələrdəki müharibələrdə, qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Bu əməllər cinayət məsuliyyəti yaradır.”
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bu cür təkliflər gənclərin psixologiyasına təsir etməklə onları şirnikləndirir və əslində pulla ələ alınan canlı hədəflərə çevirir. Bu isə həm öz xalqına, həm də ailəsinə edilən xəyanətdir.
Aysel,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.