Xocalı qatili Seyran Ohanyanın yenidən meydana çıxması və hətta Nikol Paşinyana etimadsızlıq edən 28 fraksiya üzvünün imzalarını dərc etməklə kifayətlənməyərək, “Manipulyasiya əvəzinə, biz səylərimizi parlamentarilərdən və müstəqil deputatlardan imza almağa yönəltməliyik”, deməsi təkcə ifrat qudurğanlığın, dişləri və əlləri qana batmağın nəticəsi deyil. Ohanyan anlayır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra növbə ona və digər cani yoldaşlarına da çatacaq.
366-cı motoatıcı alayın tərkibində Xocalıda qırğınlar törətmiş Seyran Ohanyan, həmçinin “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar”, deyərək soyqırım törətdiyinə görə həyasızcasına qürurlanan Serj Sərksyan, həmçinin Qarabağda başlanan qanlı hadisələrin təməlini qoyanlardan daha biri Robert Köçəryan və digər çoxsaylı haylar anlayırlar ki, onlar üçün ədalət divanı mütləq qurulacaq. Xatırlayırsınız yəqin, Robert Köçəryan mərhum Prezident Heydər Əliyevlə Sədərəkdəki görüşdə necə arxayın idi, hətta kabab keçmişdi ürəyindən. Prezident İlham Əliyevin Baş Komandan olduğu şanlı ordumuz Köçəryan-Sərksiyan-Ohanyan ordusundan, onun hərbi texnikasından elə bir “kabab” çəkdi ki...Ürəklərinə necə dağ çəkilibsə, yanıb-yaxılırlar, amma yenə də revanş hissindən əl çəkmirlər. Bunun səbəbini yazdıq, günün birində Bakıya təhvil veriləcəklərindən qorxurlar.
Azərbaycan Prezidenti 44 günlük Vətən mühairbəsindən sonra “Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Köçəryan, Sərkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”, demişdi.
Bu xəbərdarlıq, gözdağı, qulaqdağı bəyanat ölənə qədər Sərksiyan-Köçəryanın yadından çıxmayacaq! Şuşanın işğalında iştirakı ilə fəxr etdiyini həyasızcasına Avropa Şurasında, BMT Baş Assambleyasında tribunadan etiraf edən bu canilər belə bir vəziyyəti təsəvvür edə bilməzdilər. Bakı Hərbi Məhkəməsində keçirilən Ədalət Məhkəməsində separatçılar öz cinayətlərini etiraf edir, bu cinayətlərə ortaq olanların adlarını çəkirlər. 21-ci əsrin “Nürnberq prosesi” birinci olmayacaq çox güman ki, davamı da gələcək, İrəvandakı canilər də bunu bilir.
Seyran Ohanyan və digər cinayətkarlar Azərbaycan əsgərinin qarısına çəkdikləri “Ohanyan səddi” ilə işğalı əbədi edəcəklərini zənn edirdilər. Gorbagor oldu Ohanyan səddi, cəhənnəmə getdi! Günün birində Ohanyan, Sərkisyan, Köçəryan...qoluqandallı Bakı Hava Limanına enən təyyarənin trapında görünə bilər...Ermənistan sülh müqaviləsini imzalamaqla canını qurtara bilməyəcək, Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin də ekstradisiyasını həyata keçirməli olacaq. Azərbaycan imzalanan müqavilələrə əsasən vaxtaşırı ayrı-ayrı ölkələrdən cinayət törətmiş şəxsləri ekstradisiya edir. Belə bir gün Qarabağ klanının rəhbərlərini də gözləyir...Həm də bu şəxslər sovetlər dövründə Azərbaycan SSR-in vətəndaşlığını daşıyıblar, Ermənistanın yox.
Seyran Muşeqi Ohanyan 1 iyul 1962-ci ildə Şuşada anadan olub, 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1999-2007-ci illərdə qondarma qurumun oyuncaq “müdafiə naziri” olub. Sonralar Ermənistanın sabiq müdafiə naziri olan Ohanyan Qarabağ müharibəsində saysız cinayətlər törədib, Xocalıda soyqırım törədənlərdən biridir, buna görə general-polkovnik rütbəsi alıb.
Beynəlxalq hüquq da onun cəzalandırılmasını əngəlləmir, əksinə, tələb edir. Beləsinin rahat şəkildə general təqüdü ilə yaşamasına göz yummaq təbii ki, olmaz. Paşinyan özü də sonda belə canilərin atəşinə tuş gəlmək istəmirsə, onun cəzalandırılmasını təmin etməlidir. Eyni zamanda 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulan Robert Köçəryan Xankəndidə işləyib, ağır cinayətlərə burada imza atıb. Serj Sərkisyan isə 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. Onlar həm də qanunsuz olaraq Ermənistana rəhbərlik ediblər. Bu canilərin Azərbaycana təhvil verilməsi mütləqdir, əks halda sülh olmayacaq, hətta konstitusiya dəyişsə belə...Ermənistanın, ermənilərin özləri üçün də vacib addımdır.
Qarabağ klanı o günü əngəlləmək, Bakıya enəcək təyyarənin oluqandallı sərnişinləri olmamaqdan ötrü Ermənistanı qarışdırmaq, Paşinyanı devirmək, yaxud öldürmək istəyirlər...Yeri gəlmişkən, Serj Sərkisyan Xocalıya uçacaq ilk təyyarənin ilk sərnişini olacağını da demişdi axı... Bu arzusu da qursağında qaldı, digərləri kimi...