AZ

“Moskva nə atəşkəs, nə də danışıqlarda irəliləyiş istəyir” - Politoloq

Rusiya hazırda nə atəşkəslə maraqlanır, nə də danışıqlarda tərəqqiyə imkan yaratmaq niyyətindədir. Onun əsas məqsədi Ukraynanı tam olaraq əzmək və Kiyevi məhv etməkdir.

Bu fikirləri politoloq Ceyhun Mollazadə News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məqsəd hələ müharibənin ilk başladığı 2022-ci ildən əsas hədəf olub:

“O vaxt Rusiya ordusu zəif olduğu üçün bu məqsədlərə çatmaq mümkün olmadı. Amma indi görünür ki, Kremlin müharibəni davam etdirmək və qələbə qazanmaqla bağlı qətiyyəti var. Bu nə dərəcədə real olacaq? Rusiya bunun üçün hansı qurbanlara hazırdır? Bu artıq əsas sualdır”.

Ceyhun Mollazadə əlavə edib ki, daha əvvəl yayılan bəzi məlumatlara əsasən, Rusiya öz hərbi potensialını raketlər və silahlı qüvvələrlə gücləndirməyə çalışır.

Seçilən
6
news365.az

1Mənbələr