AZ

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər

2025-ci il 3 iyun tarixində 9-u uşaq olmaqla daha 13 Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, repatriantların reabilitasiyası üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər barəsində məlumat əldə edilib. Görüş çərçivəsində repatriantların yaşayış şəraiti, psixoloji durumu və ehtiyacları qiymətləndirilib, onların hüquqlarının müdafiəsi, həmçinin sosial, səhiyyə, təhsil, məşğulluq və digər müvafiq dövlət xidmətlərindən istifadəsi ilə bağlı tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri və ona müraciət imkanları barədə ətraflı məlumat verilib.

Seçilən
42
12
report.az

10Mənbələr