AZ

Aİ Gürcüstanla vizasız rejimi müzakirə edir

Aİ ilə vizasız rejimin dayandırılması Gürcüstan hökumətinin hərəkətlərinə cavab variantlarından biridir, lakin bu tədbir üzv dövlətlər tərəfindən geniş dəstək görmür. Bunu Gürcüstanın Aİ-dəki səfiri Pavel Qerçinskis jurnalistlərə bildirib. 

“Səbəb sadədir: biz istəmirik ki, sadə insanlar hökumətin qərarlarına görə pul ödəsin", - o deyib.

Aİ tərəfindən vizasız rejimin dayandırılması üçün mövcud mexanizm beş əsası nəzərdə tutur. Onlardan dördü miqrasiya, beşincisi isə islahatların geriləməsi ilə bağlıdır. Vizasız rejimin ləğvi Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyasının təşəbbüsü ilə ola bilər. Məhdudiyyət üçün ixtisaslı əksəriyyət, yəni 15 Aİ ölkəsinin dəstəyi kifayətdir.

Aytac 

Seçilən
28
1
anews.az

2Mənbələr