ain.az, Baku.ws saytına istinadən bildirir.
Sərnişinlər 46 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalından narazıdırlar.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, metronun "28 May" stansiyasının yaxınlığından xəttə çıxan 46 saylı marşrutlar burada uzun müddət gözləyir. Avtobuslar sərnişinlə dolmamış hərəkət etmirlər.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti üzrə interval 7-8 dəqiqə təşkil edir. Marşrut pasportuna əsasən xətt üzrə 20 avtobus fəaliyyət göstərir:
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Bununla belə, monitorinq mərkəzinin qeyd etdiyiniz tarix üzrə apardığı müşahidələrə əsasən, xüsusilə pik saatlarda intervalın 7-15 dəqiqə arasında dəyişdiyi müəyyən edilmişdir".
Həmçinin qurum sərnişinlərdən xahiş edir ki, pik saatlarda yaranan bu dəyişikliklərə anlayışla və səbirlə yanaşsınlar.
"Əgər gözləmə müddəti 20-25 dəqiqədən artıq olarsa, bu barədə BakuBus-un rəsmi sosial media səhifələrində bizə məlumat verməklərini xahiş edirik", - deyə məlumatda vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.