AZ

Şəkidə taxıl biçininə start verilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Şəki, 12 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsinin, Şorsu, Kiçik Dəhnə, Böyük Dəhnə, Öyrət, Qayabaşı, Sarıca və digər kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 3540 hektar sahənin arpası biçilib, 8779,2 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 24,8 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 59 min 939,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 21 min 872,5 hektarını buğda, 38 min 66,6 hektarını dən üçün arpa sahələri təşkil edir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.

Ümumilikdə, biçin kampaniyasına 120 ədəd taxılbiçən kombayn, 94 ədəd küləşpresləyən aqreqat, 385 ədəd şum traktoru, 100-dək yük maşını, 175 ədəd traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunub. Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan əlavə kombaynların dislokasiya olunması da nəzərdə tutulur.

Təsərrüfatlarda buğda biçininə isə iyunun 20-dən sonra başlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azertag.az

1Mənbələr