AZ

"Liverpul" PSJ-nin ulduzunu transfer edəcək?

"Liverpul" PSJ-nin hücumçusu Bredli Barkola ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "qırmızılar" bu keçidi yalnız "Nyukasl"ın isveçli forvard Aleksandr İsakı satmaqdan imtina etməsi halında reallaşdırmağa çalışacaqlar.

2024/25 mövsümündə Bredli Barkola PSJ-nin heyətində 58 oyunda 21 qol vurub, 19 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
20
publika.az

1Mənbələr