AZ

Bakıda MDB ölkələrinin dəmiryolu nəqliyyatı üzrə Şurasının iclası keçiriləcək

Düşənbə. Trend:

MDB iştirakçı dövlətlərinin dəmir yolu nəqliyyatı üzrə Şurasınınnövbəti iclası 2025-ci ilin noyabr ayında Bakı şəhərindəkeçiriləcək.

Trend bu barədəTacikistanın Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.

Nazirlikdən bildirilib ki, 10–11 iyun 2025-ci il tarixlərindəDüşənbədə Tacikistanın sədrliyi ilə MDB iştirakçı dövlətlərinindəmir yolu nəqliyyatı üzrə Şuranın 82-ci iclası keçirilib.

Şuranın işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan,Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dəmiryolu idarələrinin nümayəndələri, eləcə də Gürcüstan, İran, Latviyavə Estoniya assosiasiya üzvləri iştirak ediblər.

Bundan başqa, Beynəlxalq Dəmir Yolu Nəqliyyatı Həmkarlarİttifaqları Konfederasiyasının, MDB İcraiyyə Komitəsinin vəHökumətlərarası Yol Komitəsinin nümayəndələri də iclasaqatılıblar.

Şura çərçivəsində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafıüzrə strateji qrup yaradılıb. Bu qrup dəhlizlərin idarə olunması,tariflərin razılaşdırılması, rəqəmsallaşdırılması və logistikanıntəkmilləşdirilməsi ilə məşğul olacaq.

Həmçinin, 2020–2024-cü illər üzrə Şuranın fəaliyyətinə dairhesabat təsdiqlənib və növbəti baxış üçün MDB İcraiyyə Komitəsinəgöndəriləcək.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr