AZ

Qırmızı işıqda dayanmağa ərinən avtobus sürücüsü gəldiyi kimi getdi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sumqayıt şəhərində qaydaları kobud şəkildə pozan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 12-də, Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 7 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 50-AE-390 qeydiyyat nişanlı avtobusun sürücüsü svetoforun siqnalının tələbini pozub. O, piyadalara məxsus svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək gəldiyi sürətlə hərəkətinə davam edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
avtosfer.az

1Mənbələr