Rusiyanın “Şinnik” klubunun futbolçusu Ben Zaqredə xərçəng aşkarlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 26 yaşlı futbolçu müalicə üçün Almaniya və ya İsrailə getməyi planlaşdırır.
Zaqre 2024-cü ilin fevralında Qazaxıstanın “Kaysar” klubundan “Şinnik”ə keçib. O, I Liqada başa çatan mövsümdə 27 oyunda 3 qol vurub.