AZ

"Bayram hədiyyəsi" yalanı: Fırıldaqçılar pensiyaçıları talayır

"Bayram

Telefon dələduzları özlərini bələdiyyə işçiləri kimi təqdim edərək bayram hədiyyəsi vədi ilə pensiyaçıları aldadaraq pullarını ələ keçirirlər. Bu barədə Rusiya DİN-in Moskva vilayəti üzrə İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Tatyana Petrova TASS-a məlumat verib.Məsələn, Ximki şəhərində yaşayan 83 yaşlı bir kişi fırıldaqçıların qurbanı olub və polisin növbətçi hissəsinə müraciət edib. Onun 450 min rublundan çox pulu oğurlanıb.Polis müəyyən edib ki, kişiyə zəng edən şəxs özünü yerli hakimiyyət nümayəndəsi kimi təqdim edib və guya pensiyaçılara bayram hədiyyələri veriləcəyini, bunun üçün isə SİİLNS (sosial sığorta) nömrəsini təqdim etməyin lazım olduğunu deyib.Sonrakı günlərdə kişi ilə əlaqə saxlayan naməlum şəxslər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi qələmə veriblər və onu inandırıblar ki, bank hesablarındakı pulları təhlükədədir. Guya pulların “təhlükəsiz hesaba” köçürülməsi üçün nağdlaşdırılıb kuryerə təhvil verilməsi tələb olunub. Təlimatlara əməl edən kişi axırda dələduzluğun qurbanı olduğunu anlayıb və polisə müraciət edib.Pulları aparan kuryer saxlanılıb – İvanovo şəhərindən olan məhkum olunmuş və işsiz şəxsdir. Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb, və həbs olunub.Bundan öncə də Podmoskovyedə bir kişi təsadüfən yaşlı qonşusunun telefon söhbətini eşidərək onun fırıldaqçıların tələsinə düşməsinin qarşısını alıb. Qonşu 89 yaşlı idi və özünü polis kimi təqdim edən şəxslərlə danışırdı. Məsələni şübhəli bilən kişi dərhal polisə məlumat verib və nəticədə 22 yaşlı kuryer, Leninqrad vilayətindən olan bir şəxs 300 min rubl götürərkən saxlanılıb.Ulusum.az

Diqqət Çəkənlər

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Burak Özçivit Yeni Stilini Göstərdi – Kuruluş Osman Ulduzunun Moda Dəyişikliyi 2025

Bosniyada parlament iclası ilana görə təxirə salındı

Seçilən
27
ulusum.az

1Mənbələr