Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva tərəfindən xarici ölkədə çətin həyatşəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçininonların hüquq və azadlıqlarının təmin olunması məsələləri diqqətdəsaxlanılır.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, 2025-ci il 3 iyuntarixində 9-u uşaq olmaqla daha 13 Azərbaycan Respublikasıvətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıhəyata keçirilib.
Ombudsman Aparatının əməkdaşları Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyininsosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarlagörüş keçirib, onların hüquqlarının təmin olunması vəziyyətiaraşdırılıb.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbətaparılıb, repatriantların reabilitasiyası üzrə həyata keçirilən vəplanlaşdırılan tədbirlər barəsində məlumat əldə edilib. Görüşçərçivəsində repatriantların yaşayış şəraiti, psixoloji durumu vəehtiyacları qiymətləndirilib, onların hüquqlarının müdafiəsi,həmçinin sosial, səhiyyə, təhsil, məşğulluq və digər müvafiq dövlətxidmətlərindən istifadəsi ilə bağlı tövsiyələr verilib.
Görüşdə repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri və onamüraciət imkanları barədə ətraflı məlumat verilib.