Bakı.Trend:
Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır.
Trend xəbərverir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələlərivə Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ciiclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Türk DövlətləriTəşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
Onun sözlərinə görə, biz bu gün əldə olunan inkişaf mərhələsininəzərə alaraq işimizi çiyin-çiyinə davam etdirməliyik:
"Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. QazaxıstanRespublikasında keçiriləcək növbəti iclasda bugünkü aparılanmüzakirələr nəzərə alınacaq".