Ukrayna prezidenti Vladimir Zelenski özünü Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilllə müqayisə edib.
NOCOMMENT.az bildirir ki, Respublika başçısının sözlərini Avropanın “Politico” nəşri sitat gətirir.
Müsahibə zamanı Ukrayna lideri həmçinin Rusiya ilə hazırkı münaqişəni Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı Hitlerin təcavüzündən müdafiəsi ilə müqayisə edib. Bunun fonunda Zelenski qeyd edib ki, o da vaxtaşırı ümidsizlik yaşayır. “Hətta Uinston Çörçill də faşistlərlə döyüşərkən ümidsizlik anlar yaşadı”, – deyə Ukrayna prezidenti yekunlaşdırıb.
Onun sözlərinə görə, hazırda ölkəsi də düşmən qoşunlarının aktiv hücumunu dəf etməlidir. Bununla belə, Ukraynanın Rusiya ordusunun hücumuna müqavimət göstərməkdən başqa çarəsi yoxdur, deyə Zelenski yekunlaşdırıb.
Bundan əvvəl o, Ukraynanın Qərb müttəfiqlərini Rusiya Federasiyasına qarşı sanksiya təzyiqlərini davam etdirməyə çağırıb. Bu olmadan, onun sözlərinə görə, Moskva heç bir güzəştə getməyəcək və “real” danışıqlar masasına əyləşməyəcək. Bununla belə, Zelenski qeyd edib ki, ABŞ- ın müvafiq təşəbbüsü olmadan Kremlə təzyiqi artırmaq mümkün deyil. “Biz qorxmamalıyıq, Rusiya üçün vəziyyəti çətinləşdirə biləcək yeni qərarların qəbulunu təxirə salmamalıyıq”, – deyə Ukrayna prezidenti yekunlaşdırıb.