İstanbulda iyunun 2-də əldə olunmuş razılaşmalar çərçivəsində daha bir qrup rus hərbçisi Ukrayna əsirliyindən geri qaytarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlamada bildirib.
Eyni razılaşma əsasında bir qrup ukraynalı əsgər də Ukrayna tərəfinə təhvil verilib.
Məlumata görə, ilk mübadilə iyunun 9-da baş tutub və yaşı 25-dən az olan rus əsgərlərinin birinci qrupu Kiyevin nəzarətində olan ərazidən geri qayıdıb. Növbəti mübadilə isə iyunun 10-da reallaşıb.
“İyunun 2-də İstanbulda əldə olunmuş razılaşmalara əsasən, bir qrup rusiyalı hərbçi iyunun 12-də Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Qarşılığında bir qrup ukraynalı hərbçi Ukraynaya təhvil verilib”, – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur.
Nazirlik həmçinin əlavə edib ki, geri qaytarılan rus hərbçiləri hazırda Belarus ərazisində yerləşdirilib. Onlara tibbi və psixoloji yardım göstərilir. Hərbçilər yaxın günlərdə Rusiyaya aparılaraq Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya alacaqlar.
Fidan Hacızadə
Sfera.az