Çeçenistan rəhbəri Ramzan Kadırov ölkə sakinlərini Rusiya Günü münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Kadırov bu barədə “Telegram”da yazıb.
Mesajda Kadırov Rusiyanın müstəqilliyini elan etdiyi vaxtdan bəri keçdiyi sınaqlardan danışıb. O, uğursuzluqla nəticələnən suverenliyə zərbə vurmaq cəhdlərinə işarə edib.
Çeçenistan rəhbəri vurğulayıb ki, bütün bu illər ərzində Rusiya dövləti xalqın birliyindən güc alıb. O, həmçinin ölkə prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edib.