Tramp Putinin Ukraynada Rusiya ordusunun itkilərinə biganə qaldığını etiraf edib.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Pod Force One podkastında jurnalist Miranda Devinin sualını cavablandırarkən deyib.
O, Rusiya prezidenti Vladimir Putinin Ukraynada Rusiya ordusunun itkilərinə biganə qaldığını etiraf edib.
Rusiyanın həftədə beş minə qədər insan itirdiyinə dair təxminləri şərh edən Tramp, “Mən onun vecinə olmadığını düşünməyə başlayıram. O, çoxlu əsgər itirir, Ukrayna da. Bundan sonra nə olacağını görəcəyik” deyib.
O, həmçinin sülh səylərinin mütəmadi olaraq pozulduğundan şikayətlənib:
“Bir qədər irəliləyiş olan kimi, gözlənilmədən harasa bombalanır – hansı ki olmamalıdır – və hər şey sıfırlanır, geri qayıdır”.
Xuraman Etibarlı
İnterpress.az