ŞƏMKİR, 12 iyun. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.
Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Hazırdavəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.