BAKI, 12 iyun. TELEQRAF
Bakı Dəmiryol Vağzalında ümumi sahəsi 198 kvadratmetr olan innovativ 3D reklam monitoru quraşdırılıb.
Azərbaycan Dəmir Yollarından Teleqraf-a verilən məlumata görə, layihə ADY və “Brand Media Groups” tərəfindən birgə həyata keçirilib.
Monitor müasir görüntü texnologiyalarına əsaslanaraq hazırlanıb və izləyicilərə real üçölçülü vizual effektlər təqdim edir.