"Liverpul"un hücumçusu Darvin Nunyesin bu yay komandadan ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu ilə Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır. Lakin o, bu yaşda karyerasını orada davam etdirmək istəmir.

Bu barədə "Daily Mirror" məlumat yayıb.

Nunyeslə "Milan" və Madrid "Atletiko"su da maraqlanır.