AZ

Layihə rəhbəri: Qərbi Azərbaycanla bağlı yaradılan ilk vahid elektron bazaya 250 maddi mədəni irs nümunəsi daxil edilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 iyun, AZƏRTAC

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələrinin sistemli şəkildə dağıdılması və ya saxtalaşdırılması, bölgənin tarixinin silinməsi yaddaşsızlaşdırma siyasətinin tərkib hissəsidir. Toponimlərin dəyişdirilməsi, abidələrin erməniləşdirilməsi, arxivlərin məhv edilməsi məqsədyönlü siyasətin əsas alətlərindəndir. Belə bir şəraitdə abidələrin sənədləşdirilməsi və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mədəni mübarizənin əsas istiqamətlərindən birinə çevrilib. Məhz bu istiqamətdən çıxış edərək, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi olaraq 2024-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsini həyata keçirmişik.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu barədə AZƏRTAC-a açıqlama verib.

O bildirib ki, layihə çərçivəsində qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) elektron bazası yaradılıb. Bu elektron resursun əsas məqsədi Qərbi Azərbaycan mövzusuna dair informasiyaların toplanması, sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılmasıdır.

C. Hüseynzadə vurğulayıb ki, kitablarda və müxtəlif saytlarda eyni mövzuda məlumatlar olsa da, sayt bu formatda və miqyasda yaradılan ilk vahid elektron bazadır. Saytda maddi-mədəni abidələrimiz haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Axtarış sistemi vasitəsilə abidələri yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə tapmaq mümkündür. İlkin mərhələdə təxminən 250 maddi-mədəni irs nümunəsi barədə məlumat bazaya daxil edilib. Layihə çərçivəsində, həmçinin “Danışır tarix” adlı sənədli film də hazırlanıb. Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub. Film “YouTube” platformasında yayımlanaraq 10 mindən çox baxış toplayıb. Film “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi Qərbi Azərbaycana məxsus tarixi-mədəni abidələri əhatə edir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

QHT sədri bildirib ki, abidələrimizin ermənilər tərəfindən dağıdılması Azərbaycan xalqının qədim tarixini və zəngin mədəniyyətini hədəf alan vandalizm aktlarıdır.

O əlavə edib ki, məscidlər, türbələr, qalalar və qədim şəhərlər kimi abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Bu məsələ beynəlxalq ictimaiyyətin və mədəni irsin qorunması ilə məşğul olan təşkilatların diqqət mərkəzində olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
azertag.az

3Mənbələr