AZ

"Rabitəbank"ın korporativ kreditləri 14% böyüyüb

31 dekabr 2024-cü il tarixinə "Rabitəbank"a korporativ müştərilərə 289 milyon 42 min manat kredit verib.

FED.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.

Bu məbləğ, bankın ümumi kreditlərinin 33%-ni təşkil edib.

2023-cü ilin sonunda korporativ kreditlərin həcmi 253 milyon 633 min manat olub.

Bu, 2024-cü ildə 35 milyon 409 min manat artım (təxminən 13.96% çox) demək olub. Hesabat ilində korporativ kreditlərin ümumi portfeldəki payı 2023-cü ildəki 35% ikən 2024-cü ildə 33%-ə bərabər olub.

Seçilən
4
fed.az

1Mənbələr